Cib telefonundan imtina edənlərə pulsuz şərab  

10:00 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyada bir restoran mobil telefonunu girişdə qoyan müştərilərə hədiyyə olaraq bir şüşə şərab təklif edir.

Hafta.az-ın “The Drinks Business”ə istinadən yazdığına görə, İtaliyanın şimal-şərqindəki Verona şəhərindəki “Al Condominio” restoranının sahibi Angelo Lella, işi açdıqları mart ayından bəri bu təcrübəni etdiklərini söyləyib.

Müştərilərin bir-biri ilə söhbət edərək vaxt keçirmələrini hədəflədiklərini ifadə edən Lella, "Digərlərindən fərqli bir restoran açmaq istədik. Ona görə də belə bir format seçdik" deyib.

Müəssisə sahibi texnologiyanın insanlar arasında ünsiyyəti zəiflətdiyini bildirib və deyib: "Hər 5 saniyədən bir telefona baxmağa ehtiyac yoxdur. Amma bir çox insanlar üçün bu, dərmana çevrilib. Bizim tətbiqimizlə onlar telefonu bir kənara qoyub yaxşı şərab içmək imkanı qazanıblar".

Tətbiq çərçivəsində müştərilər restorana daxil olarkən telefonlarını onlar üçün ayrılmış xüsusi kilidli qutularda qoya bilərlər.

Telefonlar daha sonra çıxışda ofisiantlar tərəfindən onlara verilir.

Müştərilərdən həmçinin qablar haqqında şərh yazıb qutuya qoymaları xahiş olunur. Restoranın qiymətləndirilməsi nəticəsində ən yaxşı rəy yazan şəxsə növbəti gəlişində pulsuz yemək verilir.

Tətbiqə çoxlu müsbət reaksiyalar gəldiyini ifadə edən Lella, "Müştərilərin yüzdə 90-ı pulsuz şərab qarşılığında telefonlarını bir kənara qoymağı üstün tutdu. Bunu mənimsədiklərini görmək çox gözəldir. Onlar əvəzinə bir-birləri ilə söhbət edirlər. telefonlarında şəkillərə baxır və ya mesajlara cavab verir" deyib.

İtaliyanın Toskana bölgəsində “Separè 1968” adlı restoran mobil telefonlarını geridə qoyan müştərilərə endirim kuponları verir.